Qətər klubunun 2,2 milyon avroluq təklifinə “yox” dedi

Son klubu “Milan” olan, hazırda azad agent statusu daşıyan İqnasio Abateyə Qətər klubundan təklif gəlib.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçiyə “Əl Qarafa” klubu təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Abate, Qətər təmsilçisinin illik 2,2 milyon avro qazanacağı müqavilə təklifini müsbət qarşılamayıb.

Abatenin Avropada bir klubda forma geyinmək istədiyi bildirilir.

“Milan”ın yetirməsi olan Abate, “qırmızı-qaralar”la 306 rəsmi oyuna çıxıb. Müdafiənin sağ cinahında çıxış edən futbolçu 22 dəfə də İtaliya millisinin şərəfini qoruyub.