ÇL: “Leyptsiq” ilk hissədə vəziyyətə daha yaxşı nəzarət edirdi” – Kroos

“Real”ın yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Leyptsiq” üzərində qələbədən (1:0) danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu ilk hissədə “Leyptsiq”in oyuna nəzarət etdiyini bildirib: 

“Solo qol bugünkü görüşün taleyini həll etdi. Qarşılaşma istər bizim, istərsə də digər komandanın xeyrinə də ola bilərdi. “Leyptsiq” ilk hissədə vəziyyətə daha yaxşı nəzarət edirdi, ikinci hissədə artıq üstünlük bizdə idi. Nəticədə, Diazın qolu əsas oldu”.

Cavab matçı martın 7-də, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button