Smollinq müəmması

Son mövsümü icarə əsasında “Roma”da keçirən “Mançester Yunayted”in futbolçusu Kris Smollinqin gələcəyi qeyri-müəyyəndir.

Komanda.az xəbər verir ki, “Roma” futbolçunu transfer etmək istəsə də, klublar bu keçid üçün razılığa gələ bilməyib. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer də bunu təsdiqləyib:

“Smollinq üçün istədiyimiz təklifi ala bilməmişik, vəziyyət sadəcə budur. Klublar arasında danışıqları aparan mən deyiləm, amma bildiyim yeganə məsələ lazım olan təklifi ala bilməməyimizdir”.

“Mançester Yunayted”in bu transfer üçün 18 milyon avro tələb etdiyi bildirilir.