Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin 2-ci tur üçün heyəti

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.

Komanda.az xəbər verir ki, kişilərdən ibarət milli komanda Serbiya yığması ilə, qadınlar isə İsveçlə üz-üzə gələcək.

Avropa çempionatı, 2-ci tur

Kişilər

Serbiya – Azərbaycan

Aleksandr İndiç – Şəhriyar Məmmədyarov
Velimir İviç – Teymur Rəcəbov
Robert Markus – Qədir Hüseynov
Miloş Perunoviç – Nicat Abbasov

Qadınlar

İsveç – Azərbaycan

Pia Kramlinq – Günay Məmmədzadə
İnna Agrest – Gülnar Məmmədova
Jelena Andriç – Xanım Balacayeva
Marqarita Zaritovskaya – Ülviyyə Fətəliyeva

Turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. İlk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib – 4:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button