Sloveniya millisinin üzvü Türkiyə klubunda – rəsmi

Sloveniya milli komandasının üzvü Miha Mevlya karyerasını Türkiyədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Alanyaspor” klubuna keçib. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mevlya ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində Rusiyada “Rostov”, “Zenit”, “Soçi” kimi klublarda çıxış edən Mevlya Sloveniya yığmasında 39 oyuna çıxıb.