Skamakka seçimini edib

“Vest Hem”in italiyalı hücumçusu Canluka Skamakka keçmək istədiyi klubun adını açıqlayıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, ölkəsinin “Roma” klubunda çıxış etmək istəyir. Forvard “canavarlar”ın baş direktoru Tiaqo Pinto ilə əlaqə saxladıqdan sonra qərar verib.

Buna rəğmən, futbolçu “Milan”a da keçməyə qarşı deyil. “Rossonyerlər” də onu transfer etməkdə maraqlıdır.

“Çəkicdöyənlər” Skamakka ilə yolları ayırmağa hazırdır. Lakin İngiltərə təmsilçisi onu icarəyə vermək haqda düşünmür.

Canluka 2022/23 mövsümündə “Vest Hem”in heyətində 27 oyuna çıxıb və 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button