
Xavi: “De Zerbi mənə azadlıq və özünəinam verdi”
“Tottenhem”in yarımmüdafiəçisi Xavi Simons, baş məşqçi Roberto De Zerbinin komandaya təsirindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin fəaliyyətini yüksək dəyərləndirib:
“Mən artıq baş məşqçinin oynatmaq istədiyi futbolu başa düşürəm. Düzünü desəm, o, dərhal mentalitetimizi dəyişdi, bizə enerji və yeni təkan verdi. O, əvvəllər mənim mövqeyimdə oynayıb, buna görə də məni başa düşür. Mənə azadlıq və özünəinam verdi. Oyunçunun ən çox ehtiyac duyduğu da budur. Özünəinam hiss etməyəndə və ya baş məşqçinin etimadını qazanmayanda hər şey çətin olur. De Zerbi isə bunu ilk gündən komandaya, xüsusən də, mənə verdi”.
Roberto De Zerbi bu ilin martında “Tottenhem”in baş məşqçisi təyin olunub və komandanın Premyer Liqadakı yerini qorumasına kömək edib.
Bizi Facebook-da izləyin



