Simeone “Real”la oyun haqda: “Qalib gəlməli idik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya superkubokunun yarımfinalında “Real”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki argentinalı çalışdırıcı komandasının çox yaxşı oyun keçirdiyini bildirib:

“Federiko Valverde möhtəşəm qol vurdu. “Atletiko” çox yaxşı oyun keçirdi. Qalib gəlməli idik, ancaq bunu bacarmadıq. “Real”ın oyunu qələbə ilə başa vurmaq üçün yetərincə ustalığı var idi. Qol vurmaq üçün şanslarımız oldu, amma reallaşdıra bilmədik. Rəqibi təbrik edirəm, biz isə işləməyə davam edəcəyik. Elə günlər olur ki, yaxşı oynamadığımızı, epizodlar yaratmadığımızı və rəqibin bizdən üstün olduğunu deyə bilirik. Bu gün isə hər şey əksinə idi, amma yenə də uduzduq”.

Yarımfinalın digər oyununda “Barselona” “Atletik”i 5:0 hesabı ilə darmadağın edib. Beləliklə, yanvarın 11-də İspaniya superkubokunun finalında “Barselona” “Real”la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button