“Linfild”in “Qarabağ”a qarşı hansı planı var? – Açıqlama

Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Mark Stafford Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi, “Qarabağ”a qarşı planlarının olduğunu deyib:

“Güclü komandaya qarşı futbol oynayacağıq. Bir planımız var və çox çalışacağıq. İnamla meydana daxil olacağıq. Ən əsası, bütün diqqətimizi özümüzə verib, Avropaya yaxşı bir səs salmaq istəyirik. Bunun bizi hara aparacağını sonda görəcəyik”.

“Linfild” – “Qarabağ” matçı sabah, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button