“Shusha Chess 2022” turnirinin püşkü atıldı

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada ilk beynəlxalq şahmat turnirinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, iştirakçılar yarış üçün xüsusi hazırlanmış sandıqçaları açaraq, üzərində rəqəm yazılmış kağızları çıxarıblar. Püşkatma zamanı qadın şahmatçılara kəlağayı, kişi qrossmeysterlərə isə milli papaq hədiyyə olunub.

“Shusha Chess 2022” turnirinin ilk turunda qarşılaşacaqlar

Kişilər

Şəhriyar Məmmədyarov – Qədir Hüseynov

Teymur Rəcəbov – Parham Maqsudlu (İran)

Rüstəm Qasımcanov (Özbəkistan) – Rauf Məmmədov

Vasif Durarbəyli – Hao Vanq (Çin)

Mustafa Yılmaz (Türkiyə) – Santoş Qucrati Vidit (Hindistan)

Qadınlar

Gövhər Beydullayeva – Xanım Balacayeva

Nana Dzaqnidze (Gürcüstan) – Günay Məmməzadə

Ülviyyə Fətəliyeva – Gülnar Məmmədova

Marsel Efroimski (İsrail) – Yolanta Zavadska (Polşa)

Kübra Öztürk Güvənli (Türkiyə) – Meri Arabidze (Gürcüstan)