“Sevilya”nın Marsial planı

İspaniyanın “Sevilya” klubu Antoni Marsialın transfer hüquqlarını almaq niyyətindədir.

Komanda.az “Daily Express”ə istinadən xəbər verir ki, “Sevilya” “Mançester Yunayted”dən Marsialın transfer hüquqlarını almağı planlaşdırır.

“Sevilya” hazırda komandada icarə əsasında çıxış edən 26 yaşlı fransalı hücumçunun oyunundan razıdır.