“Sevilya”dan serb futbolçu ilə 4 illik müqavilə

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Nemanya Qudeli transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Hollandiyanın “NAK Breda” klubunun yetirməsi olan Qudel, bu ölkədə AZ (Alkmaar), “Ayaks” komandalarının da şərəfini qoruyub. 2017-ci ildə Çinin “Tianjin TEDA” klubuna transfer olunan serbiyalı futbolçu, geridə qalan mövsüm “Quançjou Everqrand” da da forma geyinib. Qudel bir müddət Portuqaliyanın “Sportinq” klubunda icarədə də olub. Serbiya yığmasında 22 oyun keçirən futbolçu 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button