Samir Abasov: “Heyətimizdə yeni futbolçular olacaq”

“Zirə” Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.



Komanda.az xəbər verir ki, Macarıstanın “Paksi” komandası ilə matç “qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra komandanın baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

“Hava şəraiti bütün hazırlıq proqramımızı, planlarımızı pozdu. Açığı, Antayaya gələndən ilk gündü normal havada çalışdıq. Bu gün komandamın bəlkə də ağır olmağı bu səbəblərdəndi. Buna baxanda ilk oyunda həddən artıq yaxşı təsir bağışladıq. Ancaq bu gün futbolçularımızın ağır olmağını başa düşürəm. Yağışlı hava, palçıqlı meydança öz təsirini göstərirdi. Bunlar bir az artıq yüklənməyimizə səbəb oldu. Ancaq inanıram ki, getdikcə daha gümrah olarıq. Heyətimizdə yeni futbolçular da olacaq. Təəssüf ki, ilkin olaraq anlaşdığımız futbolçular buradakı toplanışımza qoşula bilməyəcəklər. Bütün məsələlər müsbət yekunlaşacağı təqdirdə onlar Bakıda komandamıza qoşulacaqlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button