“Şamaxı”nın legionerinə milli dəvət

UEFA Millətlər Liqasına hazırlaşan Moldova yığmasının qarşıdakı toplanışına dəvət olunan futbolçuların siyahısı açıqlanıb.

Komanda.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milliyə cəlb ediləcək futbolçular arasında “Şamaxı”nın qapıçısı Stanislav Namaşko da var.

Moldova millisi iyunun 3-də səfərdə Lixtenşteynlə, 6-da isə Andorra ilə qarşılaşacaq. İyunun 10-da Latviyanın qonağı olacaq komanda iyunun 1-də Andorranı qəbul edəcək.