“Şamaxı”da yeni futbolçu

“Şamaxı” komandası növbəti transferini gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, müdafiəçi Zahid Mərdanovla 1,5 illik müqavilə imzalanıb.

22 yaşlı müdafiəçi daha öncə “Kəpəz”də çıxış edib.

Xatırladaq ki, “Şamaxı” bundan əvvəl hücumçu Emil Qasımov və Emin Zamanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə isə müqaviləni yeniləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button