
Salahla maraqlanan klubların sayı artır
“Liverpul”la Məhəmməd Salah arasında yaranmış gərginlik demək olar ki, aradan qalxıb.
Buna baxmayaraq, misirli futbolçunun mümkün gedişi ilə bağlı söz-söhbətlər səngimir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ Salahla maraqlanmaqda davam edir, ancaq hazırda yalnız müşahidəçi mövqedədir və yaxın zamanda konkret addım gözlənilmir.
33 yaşlı hücumçu ilə “Yuventus” və “Qalatasaray” da maraqlanır. Həmçinin, Səudiyyə Ərəbistanının “Əl-İttihad” və “Əl-Hilal” klubları da Salah uğrunda mümkün transfer yarışından geri çəkilməyib.
Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə “qırmızılar”ın heyətində 20 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



