Salah klubunu dəyişə bilər – Tezliklə

“Liverpul”un hücumçusu Məhəmməd Salah qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.

Misirli forvard karyerasını Avropanın başqa top-klubunda davam etdirməyə hazırdır. O, “Real”, “Barselona” və “Bayern”dən gələcək təklifləri dəyərləndirə bilər. Bundan əlavə, onun Səudiyyə Ərəbistanı Pro Liqasından da ciddi variantları var.

33 yaşlı futbolçu sabah keçiriləcək UEFA Çempionlar Liqasının 6-cı turunda “İnter”lə matç üçün komandanın iştirak ərizəsinə daxil edilməyib. Bu da onun gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb.

“Qırmızılar”ın müdafiəçisi Vircil van Dayk və Məhəmməd Salahın baş məşqçi Arne Slot barədə verdiyi açıqlamaları da komanda daxilində vəziyyətə təsir göstərib.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button