Şahmat Olimpiadası: Azərbaycan yığmaları darmadağınla başladı

Bu gün Hindistanın Çennay şəhərində Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları Olimpiadaya qələbə ilə başlayıb.

Kişi şahmatçılardan ibarət milli ilk görüşündə Əlcəzair seçməsinə 4:0 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət yığma da Birləşmiş Ərəb Əmirliklərinin komandasını eyni hesabla üstələyib.

Azərbaycan – Əlcəzair 4:0

Rauf Məmmədov – Əli Nəssr 1:0
Qədir Hüseynov – Lamin Brahami 1:0
Vasif Durarbəyli – Massinas Cabri 1:0
Nicat Abbasov – Kalil Benqerabi 1:0

Azərbaycan – BƏƏ 4:0

Xanım Balacayeva – Moza Əl-Mənsuri 1:0
Gövhər Beydullayeva – Vafiya Əl-Maamari 1:0
Gülnar Məmmədova – Aişə Əl-Maini 1:0
Ülviyyə Fətəliyeva – Essa Ruda 1:0

Ümumdünya Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button