
“Real”ın futbolçusu gələcəyi ilə bağlı qərar verib
“Real”ın hücumçusu Brahim Dias gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı mərakeşli futbolçu son vaxtlar aldığı bir neçə təklifə baxmayaraq, Madrid klubunda qalmağı seçib.
Daha əvvəl “Real”ın da onunla yeni müqavilə imzalamaqda maraqlı olduğu bildirilib.
Brahim Dias 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyunda 2 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



