“Şahdağ”da xizəkçi axtarışı

Azərbaycanda qış idman növlərinin inkişafı, bu idman növləri üzrə idmançıların yetişdirilməsi, həmçinin milli komandanın formalaşdırılması məqsədilə noyabrın xizək alpinizmi üzrə gənclərin seçim prosesi keçirilib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından Komanda.az-a verilən məlumata görə, “Şahdağ” turizm mərkəzi ilə birgə təşkilatçılıq nəticəsində baş tutan seçimlər federasiyanın dəvət etdiyi beynəlxalq məşqçilər Patrik Kampays və Filip Gayet tərəfindən həyata keçirilib.

Nəticələrə əsasən iki qrup olmaqla 11 nəfər gənc idmançı seçilib. A qrupu üzrə 3 qız və 3 oğlan, B qrupunda isə 2 qız və 3 oğlan təyin edilib.

Seçilmiş idmançılar Azərbaycanı gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün Kampays tərəfindən hazırlaşdırılacaqlar.

Məşqlər “Şahdağ” turizm mərkəzində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button