“Vinisius “Real” futbolçusunun nə demək olduğunu anlamalı və hörmət etməlidir”

Sabiq tennisçi və “Real” azarkeşi olan Rafael Nadal komandanın hücumçusu Vinisius Juniorla baş məşqçi Xabi Alonso arasındakı gərginliyə münasibət bildirib.

Daha əvvəl braziliyalı vingerin klub prezidenti Florentino Pereslə görüşdə Alonso ilə münasibətləri gərgin olduğu müddətdə müqaviləsinin müddətini uzatmaq istəmədiyi xəbər verilmişdi.

Komanda.az xəbər verir ki, Nadal “Movistar+” kanalında yayımlanan “Universo Valdano” proqramında belə deyib:

“Düşünürəm ki, vəziyyət dialoqla həll oluna bilər, çünki hər kəs eyni tərəfdədir. Vinisius “Real” futbolçusunun nə demək olduğunu anlamalı və hörmət etməlidir. O, gücünün çatdığı hər şeyi edir. Bəzən pis qəbul olunan davranışları da dialoqla və özünü dərk etməklə düzəldilə bilər. Əvvəlcə onun özü inkişaf yoluna girmək istəməlidir. Müsahibələrində inkişaf etmək istədiyini dedikdə, güclü müttəfiqlər tapmalıdır. Əminəm ki, “Real”da və onun ətrafında ona məsləhət verəcək insanlar tapılacaq”.

Vinisius baş məşqçi ilə gərginliyə görə klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button