Sabiq “Real”lı aşağı liqa klubunda

İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyesin yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu İspaniyanın Sequnda təmsilçisi “Estremadura” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Reyes mövsümün sonuna qədər Sequnda təmsilçinin uğurları üçün çalışacaq.

Karyerası ərzində “Real”, “Sevilya”, “Arsenal”, “Atletiko”, “Benfika” kimi klublarda forma geyinən Reyesin son iş yeri Çinin “Sintszyan Tyançan Leopard” klubu olub.

Reyes 22 dəfə də İspaniya millisində çıxış edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button