Sabiq futbolçu “Çelsi”nin iki oyunçusunu tənqid etdi

“Çelsi”nin sabiq futbolçusu Frank Lebyef, komandanın yarımmüdafiəçiləri Enzo Fernandes və Moyses Kaysedo haqqında sərt fikirlər səsləndirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, fransalı sabiq müdafiəçi, onların lider keyfiyyətlərinə malik olmadığını bildirib və bunu öz dövründə oynadığı futbolçularla müqayisə edib:

“Mən liderlərin necə olduğunu görmüşəm. Dennis Uayz, Kreyq Borli, Roberto Di Matteo ilə oynamışam. Lider onlar idilər. Hətta Marsel Desayi, Stiv Klark və hücumda Vialli, Rud Qullit, Canfranko Zola kimi oyunçuları demirəm. Bizim dövrdə uğur qazanan futbolçular bunlar idi”.

“Çelsi” hazırda Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. London təmsiliçisi çempionatda ardıcıl beş məğlubiyyət alaraq, uğursuz seriya yaşayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button