
Sabiq futbolçu “Qarabağ”ın rəqibi haqda: “Elə təəssürat yaranır ki, komandada oyunçu qalmayıb”
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Rednapp klubun hazırkı heyəti və transfer vəziyyəti barədə fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, klub rəhbərliyinin transfer bazarında daha aktiv olmalı olduğunu bildirib:
“Elə təəssürat yaranır ki, komandada oyunçu qalmayıb. Yeni futbolçular lazımdır, Arne Slotun (baş məşqçi) işinə kömək edəcək oyunçular olmalıdır. Daha bir-iki oyunçu zədələnərsə, ciddi problemlər yaranacaq”.
Rednappın fikrincə, zədəli oyunçular və transfer siyasətindəki passivlik klubun nəticələrinə birbaşa təsir göstərir və Premyer Liqa ilə yanaşı, UEFA Çempionlar Liqasında da çətinliklər yarada bilər.
“Liverpul” 23 turdan sonra İngiltərə Premyer Liqasında 36 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda sabah Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.
Bizi Facebook-da izləyin



