Sabiq futbolçu “Qarabağ”ın rəqibinin baş məşqçisini vulkana bənzətdi

“Milan”ın sabiq futbolçusu Demetrio Albertini İtaliya A Seriyasının hazırkı çempionu “Napoli”də yaşanan böhranı şərh edib.

Komanda.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, o, baş məşqçi Antonio Kontenin həm xarakterinə, həm də təcrübəsinə diqqət çəkib.

Albertininin sözlərinə görə, Konte son dərəcə temperamentli mütəxəssisdir:

“Konte – o, əsl vulkandır. Amma eyni zamanda, onun böyük təcrübəsi var. Düzünü desəm, hazırda “Napoli”də nə baş verdiyini tam anlaya bilmirəm. Bununla belə, Konteyə inanıram. O, dünya futbolunun elit məşqçiləri sırasında yer alır”.

“Napoli” hazırda A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button