De Liqti tənqid etdilər: “Bu yaşında 15 milyon avro qazanmaq istəyir?”

Fransalı keçmiş futbolçu Kristof Düqarri Matteys de Liqtlə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, sabiq hücumçu, de Liqtin PSJ-dən yüksək məbləğdə məvacib tələb etməsi haqqında danışıb:

“O, hazırda nə düşünür? Onun hələ 19 yaşı var. Bu yaşında 15 milyon avro qazanmaq istəyir? Bu baş versə, nə dəyişəcək?

De Liqt yaxşı müdafiəçidir, amma bu münasibətlə heç nə uzun sürməyəcək. Bu, mümkün deyil. PSJ-ni bu şərtlərdən imtina etdiyi üçün təbrik edirəm. Mən artıq müasir futboldan yorulmuşam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button