“Sabah”ın sponsorundan azarkeşlərə sürpriz – FOTO

“Sabah”ın titul sponsoru “Bank Respublika” klubun azarkeşlərinə jest edib.

Komanda.az xəbər verir ki, bank, klubun oyunlarına mütəmadi gələn bəzi azarkeşlərə müxtəlif hədiyyələr təqdim edib.

“Sabah” Premyer Liqa klubları arasında ev oyunlarına ən çox azarkeş gələn klublardandır. Belə ki, ev oyunlarına gələn tamaşaçı sayına görə “tələbələr” hazırda yüksək liqa təmsilçiləri arasında ilk üçlükdə yer alıb. Son oyunlarda klubun azarkeşləri həyata keçirdikləri müxtəlif fəaliyyətləri ilə də diqqət mərkəzinə düşüblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button