“Sabah”ın koordinatoru bölgələrdəki seçimləri dəyərləndirdi – VİDEO

“Sabah” Futbol Akademiyasının məşqçiləri ötən ilin noyabr ayında Saatlı, Salyan və İmişli rayonlarında seleksiya xarakterli məşqlər keçdilər.

Komanda.az xəbər verir ki, məşqlərdə fərqlənmiş uşaqlar akademiyaya cəlb edilib.

“Sabah” Futbol Akademiyasının koordinatoru Adino Mustedanaqiç klubun kanalına seçimlər barədə danışıb.

Xatırladaq ki, “Sabah”ın akademiyasının məşqçi heyəti noyabrın 27-də Salyanda, 28-də İmişlidə, 29-da isə Saatlıda seleksiya xarakterli məşqlər keçmişdi. “Sabah” Futbol Akademiyası qarşıdakı aylarda bölgələrdə futbolçu seçimlərini davam etdirəcək.