“Sabah”ın ikinci rəqibi bilindi

“Sabah” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Türkiyənin “Kemerspor” klubu ilə qarşılaşacaq. Görüş sabah, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Sabah” Türkiyədəki ilk yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubuna 1:2 hesabıyla məğlub olmuşdu.

Yoxlama oyunu

28 iyul

19:00 Sabah – Kemerspor (Türkiyə)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button