“Sabah”ın futbolçusundan azarkeşlərə: “Gəlib bizi dəstəkləsinlər”

“Sabah”ın futbolçusu Aleksey İsayev klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Misli Premyer Liqasının 24-cü turunun “İmişli” ilə (5:0) matçından sonra qalibiyyəti şərh edib:

“Əsas odur ki, qalib gəldik. “İmişli” çətin və yaxşı komandadır. Onlara da növbəti matçlarında uğurlar arzulayıram. Biz də oyundan-oyuna irəliləyirik. Hər matça qalibiyyət üçün çıxırıq. “İmişli” ilə oyunu unuduruq, növbəti matça hazırlaşacağıq”.

O, növbəti turda üz-üzə gələcəkləri “Sumqayıt”la oyundan gözləntilərini də açıqlayıb:

“Bəli, növbəti turda rəqibimiz “Sumqayıt”dır. İstəyərdim ki, həmin görüşdə tribunada azarkeşlərimiz çox olsun. Onları sevindirmək istəyərdik. Göstərdikləri dəstəyə görə də təşəkkür edirəm. Qoy gəlib bizi dəstəkləsinlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button