Emreli Polşa klubunda tibbi müayinədən keçir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Rakuv” klubuna transferi yekunlaşmaq üzrədir.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir. Onun Polşa klubuna keçidi gün ərzində və ya sabah açıqlanacaq.

“Rakuv” ötən mövsüm Polşa çempionatında dördüncü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Komanda bu turnirin 2-cu təsnifat mərhələsində Malta “Valletta”sı ilə üz-üzə gələcək.

Emreli son olaraq Almaniyanın “Kayzerslautern” komandasının formasını geyinib. O, 2021/22 mövsümünün ilk yarısında Polşada “Legiya”nın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button