“Sabah”da U-12-dən əsas komandaya yüksələn futbolçu – VİDEO

“Sabah”ın Avstriyadakı təlim-məşq toplanışında hələlik hər kəsə yaxşı tanış olmayan bir futbolçu da var.

Komanda.az xəbər verir ki, söhbət gənc futbolçu Əhməd Tarverdiyevdən gedir.

“Sabah” akademiyasının yetirməsi olan Əhməd Tarverdiyev əsas komanda ilə birlikdə Avstriya toplanışına aparılıb.

Dünən o, hətta Qətərin “Əl-Sədd” komandası ilə yoxlama oyununda (3:1) sonradan meydana daxil olub.

Xatırladaq ki, Əhməd “Sabah”da 12 yaşından çıxış edir. 2007-ci il təvəllüdlü futbolçu son mövsümdə U-19-da çıxış edib.

Sağ cinah yarımmüdafiəçisi olan Tarverdiyev Azərbaycanın U-17 millisinə dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button