Azarkeşlərdən coşqulu qarşılama, “Sabah”dan uğurlu start – VİDEO

“Sabah”ın rəsmi “Youtube” kanalı Misli Premyer Liqasının ilk turunun “Sumqayıt”la oyunu ilə bağlı video hazırlayıb.

Komanda.az xəbər verir ki, videoda klubun azarkeşlərinin stadionun önündə komandanı xüsusi coşquyla qarşılamasının görüntüləri, həmçinin oyundan maraqlı məqamlar yer alıb.

“Sabah” – “Sumqayıt” görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.