“Sabah” – “Zirə” oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində bu gün keçirilməli olan “Sabah” – “Zirə” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb:

“Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək”.

Turun digər oyunları noyabrın 7-si və 8-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button