“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Türkiyənin “Kemerspor” klubu ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Sabah” Türkiyədəki ilk yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubuna 1:2 hesabıyla məğlub olmuşdu.

Yoxlama oyunu

28 iyul

Sabah – Kemerspor (Türkiyə) 2:1
Qol
: Diallo, 19. Eksteyn, 26.

Sabah: 32. Dmitri Bezruk, 4. Bəhlul Mustafazadə, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə, 23. Amadu Diallo, 27. Hendrik Eksteyn, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Abbas Ağazadə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button