“Sabah” rusiyalı futbolçunu icarəyə götürə bilər

“Sabah” Rusiyanın “Krasnodar” klubunun futbolçusu Maqomed-Şapi Süleymanovu icarəyə götürə bilər.

Komanda.az “Legalbet” nəşrinə istinadən xəbər verir ki, Aleksey Kaşukun gedişindən sonra sağ cinah yarımmüdafiəçisi axtaran Bakı klubu 24 yaşlı vingeri qış fasiləsində birdəfəlik transfer etmək şərtilə heyətinə qatmaq fikrindədir.

Paytaxt təmsilçisi futbolçuya illik 250-300 min dollar ödəməyə hazırdır.

2022/23 mövsümünü icarə əsasında İsrail “Hapoel”ində (Beer-Şeva) keçirmiş Maqomed-Şapi Süleymanov 35 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button