“Sabah” – “Qarabağ” matçına böyük azarkeş marağı

Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, “Sabah” bu turda evdə “Qarabağ”la qarşılaşıb.

“Bank Respublika Arena”da baş tutan və “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşə azarkeşlər tərəfindən böyük maraq olub.

Belə ki, qarşılaşmanı cəmi 7000 tamaşaçı tribunalardan canlı izləyib ki, bu da çempionatın 30-cu turunun ən yüksək, cari mövsümün isə ikinci ən yaxşı göstəricisidir.

Cari mövsümün rekordu da məhz Masazırda, çempionatın 14-cü turu çərçivəsində baş tutmuş “Sabah” – “Qarabağ” oyununda (0:0) qeydə alınmışdı – 10000 tamaşaçı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button