“Sabah” macarlar üzərində qələbəni əldən verdi

“Sabah” komandası bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Macarıstanın “Pakş” komandası ilə üz-üzə gəlib. Matç heç-heçə bitib.

Sabah yanvarın 25-də Serbiyanın “Mladost” (Luçani) komandaları ilə qarşılaşacaq. Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub.

“Sabah”ın Antalya toplanışı 12-26 yanvar tarixlərini əhatə edəcək.

Yoxlama oyunu

15 yanvar

Sabah – Pakş (Macarıstan) 1:1
Qol
: Xulio Rodriqes, 29.