“Sabah” da başladı – VİDEO

“Sabah” yeni mövsüm üçün hazırlığa start verib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun futbolçuları bu gün tibbi baxışdan keçiblər.

“Sabah”da təlim-məşq toplanışının Bakıda baş tutacaq ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

İyulun 17-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək. Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.