“Napoli” səfərdə təhlükəlidir” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının 15-ci turunda “Napoli” ilə qarşıdakı oyun haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, bu matçı qələbə ilə başa vuracaqlarına inandıqlarını deyib:

“Bu, altı xallıq matçdır. Mövsümün ortasına qədər beş oyunumuz var və hamısı çətin olacaq. Məqsədimiz mövsümün ilk yarısını ötən mövsüm 38 xal topladığımız vaxtdan daha çox xalla başa vurmaqdır. Artıq 33 xalımız var və məqsədimizə çatacağımıza ümid edirik.

Sabah çox çətin gün olacaq. “Napoli” səfərdə təhlükəlidir və artıq 17 xal toplayıb”.

14 turdan sonra “Yuventus” 33 xalla A Seriyasında ikinci pillədə qərarlaşıb. Çempionata “İnter” başçılıq edir (35 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button