
“Sabah” bu gün Ukrayna komandası ilə qarşılaşacaq
Yeni mövsümə Sloveniyada hazırlaşan “Sabah” bu gün növbəti yoxlama matçını keçirəcək.
Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın “Rux” klubu ilə görüşəcək.
“Sports park Radomlye”də baş tutacaq qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.
Krunoslav Renduliçin rəhbərlik etdiyi “Sabah” daha əvvəl keçirdiyi yoxlama görüşlərində “Koper”i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi “Çukariçki” (0:0) və Ukraynanın “Krivbas” (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin