Şəhriyar Aronyanı məğlub etdi, Teymur “sülh bağladı”

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk görüşlərini keçirib.

Komanda.az xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışın 1-ci turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.

Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib. Aronyan 27-ci gedişdə təslim olub.

Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.

Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button