“Səbail”in futbolçusuna 4 oyunluq cəza

Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə keçirilən oyunda hakimi təhqir edən “Səbail”in futbolçusu Adil Mehremiçin cəzası açıqlanıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib. Buna görə “Səbail” 3000 manat cərimələnib.

Cəzanın sınaq müddəti 3 ay təyin edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button