“Səbail”dən ayrıldı, İsveç klubuna keçdi

Ötən mövsümün sonunda “Səbail”dən ayılan Oke Akpoveta karyerasını İsveçdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, nigeriyalı hücumçu 2-ci Liqa təmsilçisi “Frey”ə transfer olub. Klubun rəsmi saytı 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Akpoveta 2016-cı ildə də “Frey”də çıxış edib və həmin il 13 oyuna 10 qol vuraraq, komandanın liderinə çevrilib.

Oke 2014-cü ildə “Rəvan”da da oynayıb. Ötən mövsümün ikinci yarısını “Səbail”də keçirən forvard 9 oyuna 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button