“Səhvlər üzündən başımızı itirməməyimiz artıq irəliyə doğru atılmış böyük bir addımdır”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Napoli” üzərində 1:0 hesablı qələbədən sonra A Seriyasında çempionluq yarışı haqda danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis nəticə əldə etməli olduqlarını bildirib:

“Hətta paltardəyişmə otağında deyə bilərik ki, çempion olmaq üçün ambisiyalarımız var, amma nəticə əldə etməliyik. Baş verə biləcək şeylər haqqında danışmağın mənası yoxdur, diqqəti olana yönəltmək lazımdır. “Napoli”yə qarşı oynadığımız kimi oynadıqca, istədiyimiz nəticələrə nail oluruq, beşinci yerdən bir o qədər uzaqlaşır və liderlərdən geri qalmırıq. Oyunçularım təkmilləşməyə çalışırlar, çox təvazökardırlar və hədlərini bilirlər. Səhvlər üzündən başımızı itirməməyimiz artıq irəliyə doğru atılmış böyük bir addımdır”.

“Yuventus” 15 turdan sonra 36 xalla turnir cədvəlinə liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button