“Səbail”dən “Keşlə” üzərində əzmkar qələbə

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Keşlə” və “Səbail” klubları bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçiləri Bakıdakı “Ask Arena”da üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı matçda “dənizçilər” əzmkar qələbəyə seviniblər. Hesabı ilk hissədə meydan sahibləri açsa da, fasilədən sonra iki qol vuran “Səbail” qalib gələn tərəf olub.

Yoxlama oyunu
27 mart

Keşlə – Səbail 1:2
Qollar: Anatole Abanq 40 – Florian Kadriu 60. Luka İmnade 75.