“Şeydayev daha çox topu ayağında saxlayan, onu daşıyan taran tipli hücumçudur”

Rusiyanın “Dinamo” klubunun futbolçusu Kirill Pançenko açıqlama verib.

Komanda.az xəbər verir ki, Rusiya mətbuatına danışan 29 yaşlı hücumameyilli yarımmüdafiəçi, yeni transferlər – Maksimilian Filipp, Ramil Şeydayev və Klinton Nji ilə rəqabət aparmaqdan çəkinmədiyini deyib:

“İstənilən rəqabətə hazıram. Qorxmuram. Filipp başqa çempionatdan gəlib. Keyfiyyətli oyunçu olduğunu bilirəm və əsas heyətdə yer almaq üçün onunla mübarizə aparacağıq.

Nji ilə Şeydayev fərqli oyunçulardır. Nji sürətli oyunçudur, buna görə də onunla oynamaq daha rahatdır. Şeydayev daha çox topu ayağında saxlayan, onu daşıyan taran tipli hücumçudur. Ramilə uyğunlaşmaq lazımdır. Çox yaxşı irəliləyişə nail olan Slava Qrulyovu da unutmaq olmaz”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button