“Keşlə”yə qol vurdu, “Arsenal”la müqavilə imzaladı

Rusiyanın “Arsenal” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Tula təmsilçisi Roman Minaevlə rəsmi müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.

“Arsenal”la Antalyada təlim-məşq toplanışında iştirak edən Minaev, “Keşlə” ilə yoxlama oyununda qol vurmuşdu. Sözügedən görüş rusların 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı.

Minaev son olaraq Rusiyanın 1-ci divizion təmsilçisi “Avanqard”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button