Premyer Liqada oyun ləğv edildi – koronavirusa görə

“Orenburq”un Rusiya Premyer Liqasınıın 25-ci turunda “Ural”la oyunu baş tutmayacaq.

Komanda.az xəbər verir ki, buna səbəb “Orenburq”da 10 nəfərin koronavirusa yoluxmasıdır. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Komandanın növbəti oyunlarda iştirakı keçiriləcək koronavirus testlərindən sonra məlum olacaq. “Orenburq”un “Ural”la oyunu ilə bağlı yekun qərarın tezliklə açıqlanacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button