Rüfət Dadaşovdan iki məhsuldar ötürmə

Futbol üzrə Almaniya 3-cü Liqasında 35-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Münster klubu bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasının vurduğu ilk iki qolun məhsuldar ötürməsini məhz millimizin üzvü verib.

Dadaşovun komandası 35 turdan sonra 49 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button